ATƏT sədri Ermənistanın XİN başçısı ilə görüşübbackend

ATƏT sədri Ermənistanın XİN başçısı ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linden Yerevanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirir.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.

ATƏT rəsmisi Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.

A.Linden Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Armen Sarkisyanla da görüşəcək. Görüşdə tərəflər Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, martın 14-də Ann Linden Bakıda səfərdə olub. ATƏT sədri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

  •  (0)
  •  (0)