ATƏT-in yeni baş katibi – Türkiyəli diplomatın DOSYESİbackend

ATƏT-in yeni baş katibi – Türkiyəli diplomatın DOSYESİ

Xəbər verdiyimiz kimi, Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi seçilib.

Hokm.az saytı Feridun Sinirlioğlunun dosyesini təqdim edir.

Feridun Hadi Sinirlioğlu 30 yanvar 1956-cı ildə Türkiyənin Giresun vilayətinin Görele rayonunda məmur ailəsində dünyaya gəlib. İstanbul Oğlanlar Liseyini bitirdikdən sonra Ankara Universitetinin Siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr ixtisasında bakalavr təhsili alıb.

O, magistratura və doktorantura təhsilini Boğaziçi Universitetinin İnzibati elmlər fakültəsində siyasi elmlər və beynəlxalq münasibətlər üzrə bitirib.

Feridun Sinirlioğlunun diplomatik karyerası 1982-ci ildən başlayır. O, əvvəlcə Xarici İşlər Nazirliyinin Kadrlar şöbəsində, sonra isə Çoxtərəfli mədəniyyət işləri idarəsində mütəxəssis vəzifəsində çalışıb. Həmin il hərbi xidmətlə əlaqədar işini tərk edib.

1983-cü ildə XİN-in Çoxtərəfli mədəniyyət işləri idarəsində üçüncü katib, 1985-ci ildə Türkiyənin Haaqa Səfirliyində (Niderland) ikinci katib, baş katib, 1988-ci ildə Türkiyənin Livandakı Səfirliyində baş katib vəzifələrində çalışıb.

1990-1996-ci illərdə XİN-də müxtəlif vəzifələr tutub.

1996-2000-ci illərdə Prezidentin xarici işlər üzrə baş müşaviri işləyib.

2000-2002-ci illərdə xarici işlər nazirinin müavunu postunda çalışıb.

2002-2007-ci illərdə Türkiyənin İsraildəki səfir olub.

2007-2009-cu illərdə Xarici İşlər Nazirliyində ikitərəfli siyasi məsələlər üzrə müşavirin müavini işləyib.

2009-cu ildə xarici işlər nazirinin müşaviri təyin olunub.

28.08.2015-24.11.2015-cu illərdə Türkiyənin xarici işlər naziri olub.

Feridun Sinirlioğlu 15 oktyabr 2016-cı ildən 21 fevral 2023-cü ilə qədər Türkiyə Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi vəzifəsində çalışıb.

O, Ayşe Sinirlioğlu ilə evlidir və iki övladı var.

İngilis və alman dillərini mükəmməl bilir.

  •  (1)
  •  (0)