Atasını 3 gün əvvəl koronovirusdan itirən Əməkdar artistin anasının vəziyyəti QƏFİL PİSLƏŞDİ – VİDEObackend

Atasını 3 gün əvvəl koronovirusdan itirən Əməkdar artistin anasının vəziyyəti QƏFİL PİSLƏŞDİ – VİDEO

Atasını 3 gün əvvəl koronovirusdan itirən Əməkdar artist Səlim Abbasovun anasının da səhhəti ağırlaşıb.

Hokm.az xəbər verir ki, bu barədə musiqiçi instaqramda özü məlumat yayıb.

Video müraciət yayan skripkaçı anasının həyatının təhlükədə olduğunu bildirib. S. Abbasov qeyd edib ki, valideyni Zığda yerləşən modul tipli xəstəxanada müalicə olunur.

“Dövlətimi və rəhbərliyimizi çox sevirəm. Bu vaxta qədər dövlətimdən heç bir şey xahiş etməmişəm. Çox hörmətli Mehriban xanım, atam Vaqif Abbasovu 3 gün öncə itirdim. Heç cür atama kömək edə bilmədim və bu gün torpaga tapşırdım. İndi anama görə sizə müraciət edirəm. Anamın iki gün öncə vəziyyəti birdən-birə pisləşdi. Atamın ölüm xəbərini eşidən kimi. Anamı bir neçə xəstəxanada qəbul etməyiblər. Axırda Zığda yerləşən Modul tipli xəstəxanasına yerləşdiriblər. Həyatı çox təhlükədədi. Yaşamaq uğurunda mübarizə aparır. Orda yaxşı həkim personalı var. Anama qulluq edirlər. Amma çox xahiş edirəm ki, anamı yüksək avadanlığı və daha peşəkar həkimləri olan xəstəxanaya yerləşdirsinlər. Siz hər zaman sənətkarlara qiymət vermisiniz. Sizdən çox çox xahiş edirəm Anama kömək edin. Mehriban xanım atasız və anasız yer ev sayılmaz. Xahiş edirəm ki, anamın həyatda qalmasına kömək edin. Anama bir şey olsa ürəyim partlayar”.publika.az

  •  (0)
  •  (0)