Tanınmış xanəndə, əməkdar artist Nigar Şabanovanın anasız komaya düşüb.
Hokm.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Şabanova bildirib ki, anası bir neçə gündür ki, komadadır:
“Oyan, qurbanın olum, ana, gəlirəm. Oyan, sən məni tək qoyub getmərsən, buna inanıram. Mənim atamdan və səndən başqa heç kimim yoxdur. Oyan, sən güclüsən. Mən sənsiz çox yaşamaram, xanım anam, qolumu qanadımı qırma. Anam komadadır, dua edin. Allah dualarınızı eşidər. İnanıram ki, məni həqiqətən ürəkdən sevənlər var. Günlərdir susuram, paylaşmıram. Amma həqiqətən dualarınıza ehtiyacım var. Anamsız mən heç kiməm”.
Qeyd edək ki, N.Şabanova anasının hansı səbəbdən komaya düşdüyünü yazmayıb. Ölkə.az