Aruşanyan ETİRAF: “GPS sistemi göstərdi ki, bura Azərbaycanın ərazisidir”backend

Aruşanyan ETİRAF: “GPS sistemi göstərdi ki, bura Azərbaycanın ərazisidir”

Zəngəzur bölgəsində sərhədlərin dəqiqləşdirilməsi prosesinin gedişi ilə bağlı növbəti açıqlama yayılıb.

Hokm.az xəbər verir ki, Gorus şəhərinin meri Aruş Aruşanyan bunları söyləyib: “Hazırda sərhədin delimitasiyası qismən başa çatıb, biz prosesin 100 faiz yekunlaşdığını deyə bilmərik”.

Onun sözlərinə görə, işin gedişində cari problemlər ortaya çıxır, yenə də hansısa danışıqlar aparılır, həmin ərazinin sahibinin hansı tərəf olması müəyyənləşdirilir. Mer Azərbaycanın Xndzoresk (tarixi Xınzirək kəndi-M.) kəndi tərəfə bir neçə metr irəliləməsi iddiası ilə bağlı etdiyi müraciəti də xatırladıb.

“Bəli, belə fakt var. GPS sistemi yenə göstərdi ki, bura onların ərazisidir və onlar irəli gəliblər”,- Aruşanyan etiraf edib.

Gorus meri hakimiyyətdən şikayətlənib. Onun sözlərinə görə, səlahiyyət sahibləri nə baş verdiyinə aydınlıq gətirmir. / Musavat.com

  •  (0)
  •  (1)