“Xalq artisti Arif Quliyevin dəfn yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir:
“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.