Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbər var.
Hokm.az xəbər verir ki, Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşılaşdığını deyib:
“Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana gələcək. İnsult keçirmişdi, çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah”.
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var.