Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldübackend

Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü

Liviya sahillərində qanunsuz miqrantlar olan qayığın aşması nəticəsində təxminən 130 nəfər ölüb.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOS Mediterranee adlı qeyri-hökumət təşkilatı bildirib.

Ona məxsus Ocean Viking gəmisi ərazidə batmaqda olan üç gəmi haqqında məlumat aldıqdan sonra Liviya sahillərindəki beynəlxalq sulara göndərilib:

“Bu gün hadisə yerinə gəldiyimiz vaxtdan qəza baş verən ərazidə ən azı 10 cəsəd gördüyümüzə baxmayaraq, bir nəfər də olsun sağ qalanı tapa bilmədik”.

  •  (0)
  •  (0)