Antalyada üçtərəfli görüş başa çatdı – Tərəflərin mövqeyi AÇIQLANDIbackend

Antalyada üçtərəfli görüş başa çatdı – Tərəflərin mövqeyi AÇIQLANDI

Türkiyənin vasitəçiliyi ilə Antalyada keçirilən Rusiya-Ukrayna-Türkiyə arasındakı görüş başa çatıb.
Hokm.az xəbər verir ki, xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununda Ukrayna XİN rəhbəri Dmitri Kuleba Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında birbaşa danışıqların aparılmasını təklif edib.
Rusiya XİN başçısı Sergey Lavrov isə danışıqları yüksək qiymətləndirərək, münaqişənin həllində ikitərəfli danışıqların tərəfdarı olduqlarını deyib.sfera.az
  •  (0)
  •  (0)