Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.
Hokm.az məlumat verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. Partlayışın səbəbləri hələ məlum deyil.
“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, – deyə məlumatda bildirilir.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb.Hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.