Türkiyənin paytaxtı Ankarada saxta spirtli içki səbəbindən 30-dan çox insan ölüb.
“Hokm.az” “NTV” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Ankara valisi Vasip Şahin açıqlayıb.
Onun sözlərinə görə, saxta spirtli içkidən 33 nəfər həyatını itirib, daha 20 nəfər isə hazırda reanimasiyadadır.
V.Şahin, həmçinin qeyd edib ki, bazarda saxta spirtli içkinin peyda olması ilə bağlı aparılan araşdırma çərçivəsində 32 nəfər saxlanılıb, onlardan 13-ü artıq həbs edilib.