Fevralın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
Bu barədə Hokm.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
ARVK-nın binasında Bakı və rayonlardan qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər verilib, habelə sədr məsələlərin bir qisminin həlli üçün tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbuluna yazılmaq istəyən vətəndaşlar ARVK Aparatına müraciət edə bilərlər.