“Analar övladsız yaşaya bilməz…” – Kalyaninovun anasından təsirli PAYLAŞIMbackend

“Analar övladsız yaşaya bilməz…” – Kalyaninovun anasından təsirli PAYLAŞIM

Kənar müdaxilə nəticəsində Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova oğlu ilə bağlı paylaşım edib.

Hokm.az-ın məlumatına görə, o, paylaşımı feysbuk hesabında edib.

Yelena Kalyaninova oğluna şeir həsr edib. O, şeirdə tez-tez Aleksandrla bağlı xatirələrə qərq olduğunu bildirib.

“Axı analar övladsız yaşaya bilməz, onlar ancaq bu dünyada mövcuddurlar”, – Kalyaninovun anası yazıb.

Xatırladaq ki, Aleksandr Kalyaninov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

  •  (0)
  •  (0)