İstanbulun Küçükçekmece rayonunda ana hər hansısa bir əşyasını deyil, azyaşlı qızını mikroavtobusda unudub.
Hokm.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Mahmut Elkatmış adlı digər bir sərnişin 5 yaşlı Dəfnənin yaddan çıxaraq mikroavtobusda qaldığını görüb və onu təhlükəsizlik orqanlarına təhvil verib.
Son məlumata görə, tapılan uşaq polis şöbəsinə gələn anasına verilib.