Almaniyada meymunçiçəyi virusu tapıldı – Xəstələr bu qədər karantində qalacaqlarbackend

Almaniyada meymunçiçəyi virusu tapıldı – Xəstələr bu qədər karantində qalacaqlar

Almaniyada meymunçiçəyi virusu üçün 21 günlük karantin tətbiq olunacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın səhiyyə naziri Karl Lauterbach meymunçiçəyi virusu ilə təmasda olanlar üçün ən azı 21 günlük karantin tələb edib.

 

Ölkədə indiyədək 5 meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınıb.
Bremendə Robert Koch İnstitutunun prezidenti Lothar Wieler ilə mətbuat konfransı keçirən Almaniya Səhiyyə naziri Karl Lauterbach meymunçiçəyi virusu ilə bağlı məlumat verib. Vəziyyətin pandemiyanın başlanğıcı olmadığını bildirən Lauterbach virusun və onunla necə mübarizə aparmağın məlum olduğunu bildirib. Keçmişdə belə halların baş verdiyini, lakin vəziyyətin ciddiyə alınması lazım olduğunu qeyd edən Lauterbach virusun təmasların izlənməsi və diqqətli olması ilə nəzarət altına alına biləcəyini söyləyib.
Lauterbach bu virusa yoluxmuş insanlara və onlarla təmasda olanlara 21 günlük karantin tətbiq etməyi tövsiyə etdiklərini bildirib.
  •  (0)
  •  (0)