Almaniyada azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olunubbackend

Almaniyada azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olunub

Almaniyanın Qreven şəhər Prokurorluğu ötən gün yaşadığı qaçqın yataqxanasında 35 yaşlı Azərbaycan Respublikası vətəndaşının öldürülməsi işi üzrə cinayət işi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan “Report”un Avropa bürosuna daxil olan məlumatda qeyd edilir ki, qətlə yetirilən 35 yaşlı Elmir Fərzəliyevlə, qətldə şübhəli bilinən 25 yaşlı Əfqanıstan vətəndaşı eyni yataqxanada yaşayıblar. İyulun 4-də tərəflər arasında yaranan mübahisə çox keçmədən davaya çevrilib. Əfqanıstan vətəndaşı cibində gəzdirdiyi bıçaqla E.Fərzəliyevin müxtəlif bədən nayihələrinə zərbələr endirməyə başlayıb. Hadisə yerindən qaçan şəxsi saxlamağa çalışan 43 yaşlı Almaniya vətəndaşı da ağır yaralanıb.

Hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəldikdən sonra qaçan şəxsin axtarışı elan edilib. Qreven polisi axtarış əməliyyatına avtomobil və motosikletli 30-a yaxın şəxsi heyəti və 1 helikopteri cəlb edib. Nəticədə qaçan şəxs tezliklə tapılaraq, istintaqa təhvil verilib.

Qreven prokurorluğundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin narkotik maddənin təsiri altında olması araşdırılır.

Məlumatda həmçinin qeyd olunur ki, Əfqanıstan vətəndaşı 2015-ci ildə Almaniyaya gələrək sığınacaq istəyib. O, 2018-ci ildən indiyə kimi Azərbaycan vətəndaşı ilə eyni yataqxanada yaşayırmış.

  •  (0)
  •  (0)