“G-7” (“Böyük 7-lik”), Avropa İttifaqı, NATO vətəndən kənarda sığınacaq axtaranları deyil, öz torpaqlarını müdafiə edən ukraynalıları taleyin ümidinə buraxmayacaq”.
Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
“Putin Rusiyanı qlobal təcridə salacaq. Ukraynaya qarşı müharibəsi ilə Rusiyanı çöküşə aparır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, martın 5-də ABŞ-ın dövlət katibi Entoni Blinken, habelə Böyük Britaniya, Kanada, Ukraynanın xarici işlər nazirləri, NATO-nun Baş katibi Yens Stoltenberqlə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə təcili toplantısı olacaq.