ABŞ Prezidenti Co Bayden silah dövriyyəsinə nəzarəti gücləndirmək istəyir.
Hokm.az xəbər verir ki, dövlət başçısı silahların alınma yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.
Həmçinin saxlama qaydalarının dəyişdirilməsinin və təhlükəli hesab olunduğu halda vətəndaşdan alınması təklifini irəli sürüb.
“Son iki onillikdə məktəb yaşlı uşaqlar polis və hərbçilər daha çox odlu silahdan açılan atəş nəticəsində ölüb. Fikirləşin! Allah xatirinə, biz nə qədər belə qırğına dözəcəyik?! Daha nə qədər günahsız amerikalı öləcək?! “Bəsdir!”,- deyə Co Bayden bildirib.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Ədliyyə komitəsi artıq müvafiq tədbirləri müzakirə edir. Onlar yaxın iki gün ərzində qanun layihəsini təqdim etməyə hazırdırlar.Redaktor.az