Akar Şoyqu ilə danışdı: Lazımi addımlar atılırbackend

Akar Şoyqu ilə danışdı: Lazımi addımlar atılır

Türkiyə müdafiə naziri Hulusi Akarla Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Hokm.az xəbər verir ki, bu barədə Akar özü məlumat verib.

O, rusiyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə etdiklərini qeyd edib:

“Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçdi. Suriyada tədbirlərin görülməsi ilə bağlı razlığa gəldik. Fəaliyyətimizi bu istiqamətdə davam etdiririk. Suriyada zaman-zaman atəşkəs pozulur. Türkiyə Silahlı Qüvəlləri belə hallara imkan verməyəcək. Atəşkəsin pozulması hallarının qarşısını almaq üçün lazımi addımlar atırıq”.axar.az

  •  (0)
  •  (0)