Akademiyanın rəisinə yeni müavin TƏYİN EDİLDİbackend

Akademiyanın rəisinə yeni müavin TƏYİN EDİLDİ

Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni təyinat olub.

Hokm.az “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Anar Süleymanov DGK-nın Akademiyasının rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzovdur.

  •  (0)
  •  (0)