Dünyanın ən böyük sərnişin təyyarəsi “Airbus A380”nin ilk türk qadın pilotu Gökçe Kübra Yıldırım olub.
“Hokm.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Gökçe Kübra Yıldırım karyerasına Türk Hava Yollarının (THY) təyyarəyə texniki qulluq şirkətində təcrübə keçərək başlayıb.
G.Yıldırım daha sonra THY-nin “Airbus” təyyarələrində ikinci pilot olaraq fəaliyyət göstərib.
Karyerasını Dubaydakı hava yolu şirkətlərindən birində davam etdirən pilot uzun illər dünyanın ən böyük sərnişin təyyarəsi olan “A380”də ikinci pilot kimi çalışıb.

