Aida Mahmudovanın ABŞ-da ikinci sərgisi açıldıbackend

Aida Mahmudovanın ABŞ-da ikinci sərgisi açıldı

Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb və sərgi böyük marağa səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Hokm.az-a bildirilib ki, “Aida Mahmudova: PASTPRESENTFUTURE” sərgisi “Sapar ContemporaryGallery+Incubator”un təşkilatçılığı ilə reallaşıb.

Sərgi qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində apardığı fasiləsiz işlər çərçivəsində reallaşan mühüm addımlardan biridir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları aydın şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə etməklə, eləcə də, rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn, tamaşaçıların sonsuz marağına səbəb olan “Roots” (“Mənşə”) kimi əsərlər Azərbaycanda rast gəlinən landşaftın əsas elementlərini ifadə edir.

Sərgi yanvarın 14-də açılıb və fevralın 16-dək davam edəcək. Xarici media sərgiyə xüsusii maraq göstərir və geniş işıqlandırır.

 

  •  (0)
  •  (0)