Avropa İttifaqı Ukraynaya təqribən 20 milyard avro dəyərində yeni hərbi yardım ayırmağa hazırlaşır.
“Hokm.az ” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. Yeni yardım paketi artilleriya üçün silah-sursat, hava hücumundan müdafiə vasitələri, yüksəkdəqiqlikli raket, PUA və digər sursatlardan ibarət olacaq.