“Aİ-95” markalı benzinin bir tonun qiyməti 830 ABŞ dollarına çatıb. Bununla da benzinin birja qiyməti rekord səviyyəyə yüksəlib.
Hokm.az “Margin.az”a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq təşkilatı məlumat yayıb.
Məlumata görə, sentyabrın 28-də “Aİ-95″in qiyməti 0,28% artıb. “Aİ-92” markalı benzinin bir tonunun qiyməti 0,23% artaraq 788 ABŞ dollarına çatıb. Dizel yanacağının bir tonunun qiyməti isə 0,42% ucuzlaşaraq 692 ABŞ dollar olub.