“Əgər insan çox tərləyirsə, ağcaqanadlar həmin insanı daha asan tapır”
Hokm.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin ümumi ekologiya və hidrobiologiya kafedrasının əməkdaşı Vadim Maryinski deyib:
“Müəyyən qan qrupa aid olan insanların ağcaqanadları daha çox cəlb etdiyinə dair fikirlər var. Əslində, əgər insan çox tərləyirsə, ağcaqanadlar həmin insanı daha asan tapır”, – deyə o, bildirib.
Bioloqun sözlərinə görə, insanlar qrup halında olarkən ağcaqanadlar dəstəsi kimi dişləyib-dişləməməyi seçmirlər. Onlar kiminsə qanına daha çox üstünlük verdiklərini istisna etmək olmaz, lakin əgər insanlar qrup şəklində bir yerdədirlərsə, ağcaqanadların seçimində nəyə üstünlük vermələri aşkar müşahidə olunmur,” – deyə Maryinski bildirib.