Ağadadaş Ağayev müalicə üçün yenidən Türkiyəyə getdibackend

Ağadadaş Ağayev müalicə üçün yenidən Türkiyəyə getdi

Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayev yenidən müayinə üçün İstanbula gedib.

Hokm0.az xəbər verir ki, bu barədə xalq artistinin özü sosial şəbəkədə məlumat yayıb.
“İstanbuldan salamlar olsun, mənim əzizlərim. Yoxlamalar üçün gəldim və müayinələrdən keçdim. Nəticələr bir həftə sonra deyiləcək. Hər zamankı kimi dualarınıza çox ehtiyacım var. Sizə və sevdiklərinizə sağlam, uzun ömr arzulayıram!”
Xatırladaq ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayev bir neçə ay öncə Türkiyədə 3-cü dəfə əməliyyat olunmuşdu.
  •  (0)
  •  (0)