Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.
Hokm.az xəbər verir ki, ağır arterozdan əziyyət çəkən aktrisanın xəstəliyi ağır formada yenidən qayıdıb.
Bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib.
“Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır” -, deyə verilişin aparıcısı Elgiz Əkbər bildirib.sfera.az