Aeroport gücləndirilmiş rejimdə işləyəcəkbackend

Aeroport gücləndirilmiş rejimdə işləyəcək

Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Hokm.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəxalq Aeroportunun direktoru Teymur Həsənov media-tur çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əlavə işçilər və könüllülər işə cəlb edilib, bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.

“Hazırda gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir. Hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər”, – deyə T.Həsənov bildirib.

Hava limanı direktoru onu da əlavə edib ki, COP29 çərçivəsində “Lufthansa”, “Polish Airlines”, “FlyDubai”, “Flynas” şirkətləri ilə əlavə 15 çarter reysi planlaşdırılır.

“Uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib. Sürmə yolları təmir olunub və 3 yenisi inşa edilib. Sərnişin ötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. Terminallarda 12 ədəd “self-check-in” və 10 ədəd “baggage drop-off” quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı internetlə təmin edilib”, – deyə o qeyd edib.

  •  (0)
  •  (0)