ABŞ-ın təyyarə daşıyan gəmisi Türkiyə sahillərində: Rusiyaya qarşı istifadə olunacaqbackend

ABŞ-ın təyyarə daşıyan gəmisi Türkiyə sahillərində: Rusiyaya qarşı istifadə olunacaq

ABŞ-ın “USS Harry S. Truman”  təyyarədaşıyan gəmisi Rusiya ilə Ukrayna arasında davam edən gərginlik zamanı bölgədə uçuş əməliyyatlarını təmin etmək üçün Türkiyədə  Egey dənizinin şimalında varlıq missiyasına başlayıb.

Hokm.az  xəbər verir ki, bu barədə “CNN İnternational” məlumat yayıb.

“CNN İnternational”-a danışan ABŞ rəsmisinin sözlərinə görə, Amerikanın təyyarədaşıyan gəmisi “USS Harry S. Truman” Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bölgədə gərginliyin artacağı təqdirdə bu həftə Egey dənizinə gəlib.

Bununla belə  rəsmi gəminin dəqiq yerini açıqlamayıb.
Rəsmi bildirib ki, Ukrayna və Rusiya arasında mübahisənin daha da kəskinləşəcəyi təqdirdə, ABŞ donanmasına Qara dənizə daha çox döyüş təyyarəsi patrul göndərməsi tövsiyə oluna bilər.

“Rusiya Türkiyə boğazını idarə etməyə cəhd edərsə və Türkiyə NATO-dan dəstək istəsə, o zaman təyyarədaşıyan Qara dəniz və Çanaqqala üzərində döyüş hava patrulları üçün istifadə oluna bilər. Türkiyə hərbi gəmilərin Qara dənizi keçməsinə icazə verir, lakin Rusiyanın gələcəyi ilə bağlı narahatlıqlar var.  ABŞ döyüş təyyarələri çəkindirici hərəkət kimi və gözlənilən təhlükələrin qarşısını almaq üçün tez-tez hava patrulları həyata keçirir”- o qeyd edib. “Ölkə.Az”

  •  (1)
  •  (2)