Gecə masaj salonlarına hücum edilib – 8 NƏFƏR ÖLDÜRÜLÜBbackend

Gecə masaj salonlarına hücum edilib – 8 NƏFƏR ÖLDÜRÜLÜB

ABŞ-ın Corciya ştatında üç masaj salonuna edilən silahlı hücumlar zamanı 8 nəfər həyatını itirib.

Hokm.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

İlk hadisə Atlanta şəhərində qeydə alınıb. Asiyalılara aid masaj salonuna silahlı hücum həyata keçirilib. Nəticədə 4 nəfər ölüb.

Növbəti hücumlar zamanı da ardıcıl olaraq 3 və 1 nəfər ölüb.

İlkin məlumata görə, Robert Aaron Lonq adlı bir nəfər şübhəli şəxs qismində tutulub.

Ölənlərdən altısı asiyalı qadınlardır.redaktor.az

  •  (0)
  •  (1)