“Yuventus” klubunun müdafiəçisi Leonardo Bonuççi A Seriyasında ən çox maaş alan italiyalı futbolçudur.
Hokm.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Futbolçunun xalis gəliri ildə 6,5 milyon avrodur.
L.Bonnuçidən sonra A Seriyasında ən yüksək maaş alan 21 yaşlı qolkiper Canluici Donnarummadır (ilə 6 milyon avro).