“2023-cü il-Heydər Əliyev İli” ilə bağlı keçirilən ümumrayon silsilə tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin üçüncü ildönümü –“8 Noyabr-Zəfər Günü” Göygöl rayonunda təntənəli şəkildə qeyd olunub.
Hokm.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhid məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilib, ardınca rayon Heydər Əliyev Mərkəzində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda toplantı, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsm və əl işindən ibarət sərgi, rayon ərazisində meşə dolaylarında Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə ağacəkmə aksiyası və Göygöl şəhərində yerləşən “Qələbə” parkında Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin iştirakı ilə bayram konserti keçirilib. Konsertin yekununda atəşfəşanlıq təşkil olunub.
Keçirilən tədbirlərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Qazilər, müharibə iştirakçıları, Göygöl rayon ictimaiyyəti və rayona gələn qonaqlar iştirak ediblər.
“8 Noyabr-Zəfər Günü”nüz mübarək!