Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Şimal – Qərb Turizm Koridoru Kommersiya Obyektlərinin inkişafı konsepti üzrə daşınan və quraşdırılan avadanlıqların satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tenderdə “Kontur Reklam” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 2020-ci il sentyabrın 16-da müvafiq satınalma müqaviləsi bağlanılmışdır.
Müqavilənin dəyəri 474400 manat təşkil edir.
Qeyd edək ki, MMC-nin böyük həcmdə vergi borcu yaranıb. Dövlət Vergi Xidmətindən bildirilib ki, şirkətin ümumi vergi öhdəliyinin həcmi 56 min 39 manatdır.XalqXeber.Az