Azərbaycanlı gənc Şəmistan Əlizadə riyaziyyatda Pi ədədinin dəqiq hesablanması üçün önəmli bir düstur təklif edib. Onun fərziyyəsinə görə, çevrənin ən kobud forması bərabərtərəfli üçbucaq sayılır.
Əgər çevrənin uzunluğu daha dəqiq hesablamaq istəyiriksə, çevrənin daxilinə çəkilmiş bərabərtərəfli üçbucaqdan başlayaraq tərəflərinin sayını artıraraq çevrəyə içəridən yaxınlaşmaq daha optimaldır. Bu halda çevrənin daxilinə çəkilmiş bərabərtərəfli n – bucaqlıda n- müsbət sonsuzluğa yaxınlaşdıqca çevrənin uzunluğu daha da dəqiq hesablanır. Belə halda çevrənin uzunluğu dəqiqləşdikcə, Pi ədədinin aldığı dəyər daha da dəqiqləşmiş olur.
Bu yanaşma ilə pi ədədinin Babil və Misir alimlərinin əldə etdiyi 3.16… dəyərini və müasir dövrdə ən son texnologiya ilə əldə edilmiş 3.14….. dəyərlərini və daha dəqiq dəyərləri hesablamaq mümkündür.
Şəmistan Əlizadə kimdir?
30 yaşlı ixtiraçı Astara rayonunda anadan olub. 2010- cu ildə Qafqaz Universiteti Riyaziyyat və İnformatika (ingilis dilində) bölümünə qəbul olunub, 5 illik universiteti 3 il 6 aya Fərqlənmə ilə Transkript ortalaması 98.53 ilə bitirib. Universitetdə oxuduğu dövrndə Riyaziyyat Olimpiada araşdırma qrupunda yer almış və bir çox çətin Olimpiada sualların həllinin müəllifidir.
Hal-hazırda İT – mütəxəssisi olaraq fəaliyyət göstərən Əlizadə Azərbaycan və Ruminyada bir çox şirkətlərə İT xidməti göstərməkdədir. Eyni zamanda Muellim.az Online Təhsil Platformasının təsisçisidir.