“26 ilə yaradılan ordumuz məhv edildi”- Erməni polkovnikbackend

“26 ilə yaradılan ordumuz məhv edildi”- Erməni polkovnik

Polkovnik Senor Asratyan Ermənistan ordusunun acınacaqlı durumda olmasından söhbət açıb.  

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, separatçılarının “müdafiə nazirliyinin” sabiq mətbuat katibi Asratyan  İkinci  Qarabağ mühribəsində  erməni  ordusunun məhv edilməsindən danışıb:

“Koçaryanın, Sarkisyanın 26 il ərzində yaratdığı ordunu  az bir müddətdə tədricən dağıtdılar. Ötən il baş verən ağır məğlubiyyətdən sonra ordumuz bu günə düşdü”, – Asratyan bildirib. O hazırkı rəhbərliyin yürütdüyü siyasəti də tənqid edib:

“Qarabağ itkisinin həzm oluna biləcəyini düşünən Ermənistan lideri dəhşətli səhvə yol verir”.

  •  (0)
  •  (0)