24 saat ərzində həmin sərəncamı imzalayacaq – KİVbackend

24 saat ərzində həmin sərəncamı imzalayacaq – KİV

Amerika Prezidenti Donald Tramp 24 saat ərzində ABŞ-nin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxması və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsinin dayandırılması ilə bağlı sərəncam imzalayacaq.

“Hokm.az” xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri məlumat yayıb

Nəşr İsrailin Baş naziri Benyamin Netanyahunun Amerika paytaxtına səfəri ərəfəsində UNRWA-nın maliyyələşdirilməsini qadağan edən sərəncamın imzalanacağına diqqət çəkir.

Bildirilir ki, Trampın fərmanına əsasən, ABŞ dövlət katibi Marko Rubio Ağ Ev qarşısında hansı beynəlxalq təşkilatların və ya assosiasiyaların “radikal və ya anti-Amerika siyasətini təbliğ etməklə məşğul olduğu” barədə hesabat verməli olacaq.

  •  (0)
  •  (0)