2025-ci ilin dövlət büdcəsində gəlir və xərcləri artırılıbbackend

2025-ci ilin dövlət büdcəsində gəlir və xərcləri artırılıb

2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb.

Hokm.az xəbər verir ki, APA-nın məlumatına görə, bu, Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılır.

  •  (1)
  •  (0)