Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyası ilə bağlı mühüm açıqlama verib.
Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, ÜST-ün Covid-19 Texniki Nümayəndəliyinin rəhbəri Mariya Van Kerkhove bildirib ki, koronavirusdan 2022-ci ildə xilas ola bilərik:
“Pandemiyanın 2022-ci ildə bitəcəyinə son dərəcə ümidliyəm. Bu barədə inanılmaz optimistəm. “COVİD-19″un təsirini, ölüm və xəstəxanaya yerləşdirmə sayını azaltmaq üçün daha çox imkanlara malikik”.