19 yaşlı qız saqqız çeynəməkdən ÖLDÜ – FOTObackend

19 yaşlı qız saqqız çeynəməkdən ÖLDÜ – FOTO

Böyük Britaniya sakini, 19 yaşlı Samanta Cenkins 2011-ci ilin iyun ayında ölüb. Onun anası Mariya Morqan qızının saqqızdan öldüyünü iddia edərək, hər kəsi diqqətli olmağa çağırıb.

Hokm.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Mariyanın sözlərinə görə, öldüyü gün qızı özünü pis hiss etdiyini deyib, qadın isə bunun istidən ola biləcəyini düşünərək qızına su içib uzanmağı məsləhət görüb. Samanta otağına gedərkən huşunu itirib. Təcili xəstəxanaya çatdırılan qız süni komaya salınıb və qısa müddət sonra dünyasını dəyişib.

Həkimlər qızın zəhərləndiyindən şübhələniblər, lakin ekspertiza zamanı onun mədəsində 4-5 tund yaşıl saqqız topası aşkarlanıb. Qızın məhz həmin səbəbdən öldüyü iddia olunur.

Anası Samantanın gündə 1-2 “paçka” saqqız çeynədiyini deyir. Qızın ölümündən sonra onun otağında və bütün çantalarında onlarla boş saqqız kağızı aşkarlanıb.big.az

19 yaşlı qız saqqız çeynəməkdən ÖLDÜ - FOTO19 yaşlı qız saqqız çeynəməkdən ÖLDÜ - FOTO19 yaşlı qız saqqız çeynəməkdən ÖLDÜ - FOTO19 yaşlı qız saqqız çeynəməkdən ÖLDÜ - FOTO

  •  (0)
  •  (1)