İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında “Bolt Services AZ” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Marja.az xəbər verir ki, iş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması (müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması) əlamətləri üzrə qaldırılıb.
İşə 28.06.2022-ci il tarixində baxılacaq.
“Delivery Azerbaijan” şirkəti “189 Delivery” adı altında onlayn yemək sifarişi və çatdırılması xidmətləri göstərir.
“Bolt Services AZ” MMC “Bolt”un Azərbaycandakı tərəfdaşıdır.