1857-ci ildə ABŞ-da 21 ton qızıl sikkə və digər sərvətlərlə batan “SS Central America” gəmisinin ekspedisiyaları zamanı həlak olan 425 nəfərdən bəzilərinin fotoşəkilləri ilk dəfə yayımlanıb.
Hokm.az xəbər verir ki, “Qızıl gəmisi” kimi də tanınan “SS Central America” gəmisi 1857-ci ildə ABŞ-ın Kaliforniya ştatında Cənubi Karolina sahillərində batıb.
“SS Mərkəzi Amerika” gəmisinin qalıqları ilk dəfə 1988-ci ildə tapılıb. Daha sonra dağıntılar altından qiymətli metalların və əşyaların çıxarılması işlərinə başlanılıb.
2014-cü ildəki ekspedisiya zamanı batan gəmidən xilas edilən şəkillər fotoqrafiyanın ilk uğurlu kommersiya forması dagerreotiplər (metal lövhədə saxlanılan bir çəkiliş şəkli) və şüşə lövhə fotoqrafiyasının bir növü olan ambrotiplər olub.
Fotolar ilk dəfə indi yayımlanıb.
Fotoşəkillərin bu qədər yaxşı qorunub saxlanmasının səbəbi o zamankı fotoqrafiya üsullarına görə onlar müxtəlif keyfiyyətli materiallardan, o cümlədən dəri ilə örtülmüş ağacdan hazırlanıb.
Okeanın dibindəki sərt duzlu və yüksək təzyiqli mühitə baxmayaraq, fotoşəkilləri qoruyan digər amil Atlantik sularının sərinliyi olub.
Gəminin batmasına səbəb 2-ci kateqoriyalı qasırğa olduğu güman edilir.
Təxminən 150 nəfər xilas edilib, kapitan da daxil olmaqla 425 nəfər gəmi ilə birlikdə batıb.Manset.az