Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ötən gün “156 Evakuasiya” xidməti də gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
“Hokm.az” xəbər verir ki, 156 Evakuasiya xidməti əməkdaşları zərərçəkənlərə əlindən gələn dəstəyi göstərmişdir. Belə ki, görüntülərdən göründüyü kimi şirkət əməkdaşı Elməddin Baxışov suda qalan avtomobilin təhlükəsiz şəkildə çıxarılması üçün yağan yağışa və çətin şəraitə baxmayaraq işinin öhdəsindən gəlib.
Həmçinin qeyd edək ki, şirkətin Bakı şəhəri üzrə digər əməkdaşları da gecə saatlarından həmin ərazidə, evakuatorlarları ilə dəstək göstəriblər.
Sözügedən hadisədən görüntüləri təqdim edirik: