İnanıram ki, oktyabrın sonu, noyabrın əvvəlində aztəminatlı 12 min tələbənin təhsil haqqı ali məktəblərə ödəniləcək.
Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 15 mindən çox tələbənin təhsil xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulur.