Abşeron Rayon İcra Hakimiyyəti “Kaspina Standart” MMC ilə yolların əsaslı təmiri ilə bağlı müqavilə imzalyıb.
Hokm.az Reportyor.info-ya istinadən xəbər verir ki, müqavilənin maliyyə dəyəri 410 053.19 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əmirov Elnur Nəriman oğludur.