Həbsdə olan jurnalist: “Ali Məhkəmənin ədalətinə inanırıq”backend

Həbsdə olan jurnalist: “Ali Məhkəmənin ədalətinə inanırıq”

Həbsdə olan Xalq.az və Bakutime.az portallarının rəhbəri, jurnalist Zaur Mirzəzadə əsassız həbs edildiyinə dair daha bir açıqlama ilə çıxış edib:
Bakı ağır cinayətlər məhkəməsinin 08.10.2021 ci il tarixli qərarı ilə taqzibolunmaz sübutlara əsasən təqsizrsiz olmağım aşkarlanmış və barəmdə bəraət qərarı verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17.05.2022-ci il tarixli tərif olunmuş faktla heç bir hüquqi sübuta söykənməyən əsassız hökmü ilə 5 il azadlıqdan məhrum edilmişəm. Mənim vicdanım təmizdir, mən cinayət əməli törətməmişəm! Ədalətin bərqərar olunması üçün ictimaiət nümayəndələrinə, həmkarlarıma 23.11.2022 ci il tarixdə saat 10:40-da Ali Məhkəmədə keçiriləcək məhkəmə prosesində müşahidəçi kimi iştirak etməyiniz üçün çağırış edirəm.
İnanıram ki, ədalət tərəzisinin nizamı tənzimlənəcək, əsl cinayətkarlar hüquqi cəzalarını alacaqlar və cəmiyyətdə cəzasızlıq prinsipi yayılmayacaq.
  •  (3)
  •  (0)