Elçin Əfəndiyevin (Elçin Əfəndi) millət vəkilliyinə namizədliyi qeydə alındıbackend

Elçin Əfəndiyevin (Elçin Əfəndi) millət vəkilliyinə namizədliyi qeydə alındı

Tanınmış təhsil eksperti, müasir dövrün abituriyent və tələbələrinə ən çox dəstək verən, onların maariflənməsi üçün çalışan Elçin Əfəndiyevin (Elçin Əfəndi) millət vəkilliyinə namizədliyi qeydə alındı. Elçin Vüqar oğlu Əfəndiyev Ağsu rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin bakalavr və magistratura pillələri üzrə ali təhsil almışdır. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd olan Elçin Əfəndi həm də bir sıra kitabların, elmi məqalələrin müəllifidir. Xatırladaq ki, o, seçkilərdə qalib gələcəyi təqdirdə əmək haqqının sırf tələbələrə, imkansız ailələrə və kimsəsiz uşaqlara veriləcəyini bəyan etmişdir.

  •  (0)
  •  (0)