Tərtər Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı əmr imzalayıb.
Əmrə əsasən, Paşayev Zabil Şahin oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı təyin edilib. O, bu təyinata qədər həmin şöbənin baş məsləhətçi vəzifəsində çalışıb.
Qeyd: Zabil Paşayev Vətən müharibəsi dövründə bölgədə media nümayəndələrini koordinasiya edən şəxslərdən biri olub.