TƏBİB-dən verilən məlumata görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.
***
12:03
Azərbaycanın tanınmış jurnalisti Qadir İbrahimlinin səhhətində problem yaranıb.
R.Kərimoğlu bildirib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Koronavirusa yoluxduqdan sonra səhhətində problem yarandı. Onun qara ciyərində də problem var. Bildiyim qədərilə, şəkəri də var”.