Sabiq müşavir həbs olundubackend

Sabiq müşavir həbs olundu

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib.

“Hokm.az”ın əldə etdiyi məlumata görə, o, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Əkbərli 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, İ.Əkbərli əvvəl xuliqanlıq cinayətinə görə məhkum edilib. Səbail Rayon Məhkəməsi ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

  •  (0)
  •  (0)