Rus KİV-i: Paşinyan müharibəni dayandırmaq üçün Azərbaycanın tələblərini qəbul etməyin lazım olduğunu bildirirbackend

Rus KİV-i: Paşinyan müharibəni dayandırmaq üçün Azərbaycanın tələblərini qəbul etməyin lazım olduğunu bildirir

İrəvanda Nikol Paşinyanın istefası tələbi ilə genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyaları davam edir.

Hokm.az xəbər verir ki, bu barədə “News.ru” nəşri yazıb.

Qeyd olunub ki, müxalifət geri çəkilmək fikrində deyil.

Müəllif bildirib ki, mayın 4-də parlamentdə hökumət saatında müxalif “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan Ermənistan Baş nazirinin istefasını tələb edib.

“Bundan başqa, müxalifət əmindir ki, Paşinyan Qarabağda müharibənin qarşısını ala bilərdi, minlərlə qurbandan qaça bilərdi, amma bunu etmədi. Halbuki Paşinyan çıxışı zamanı Qarabağ məsələsindəki uğursuzluğa görə Robert Köçəryanı və Serj Sarkisyanı günahlandırmağa çalışıb, eyni zamanda Qarabağda ikinci müharibənin qarşısının alınmasının prinsipcə mümkün olmadığını bəyan edib. Onun sözlərinə görə, müharibənin qarşısını almaq və ya dayandırmaq üçün Azərbaycanın tələblərini qəbul etmək lazım idi”, – deyə nəşr bildirib.

Məqalə müəllifi yazıb ki, müxalifət fraksiyalarının üzvləri Paşinyanın Qarabağ məsələsi ilə bağlı cavabının sonunu dinləməkdən boyun qaçıraraq parlamentin iclas zalını tərk ediblər. Paşinyan ayrılan müxalifətçi deputatlarla “Həmişəki kimi qaçırsınız” sözləri ilə vidalaşıb.Ordu.az

  •  (0)
  •  (0)